Cari ildə orta ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının keçirilməsinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə olunması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2012-ci il tarixli Sərəncamı ilə Komissiyaya əlavə maliyyə vəsaiti ayrılmışdır.
Bunun əsasında TQDK keçiriləcək imtahanlara təşkilati, elmi-metodiki hazırlıq işlərinin plan-qrafikini müəyyənləşdirmişdir. Beləliklə, Komissiya tərəfindən orta ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının, eləcə də ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə qəbul imtahanlarının günləri aşağıda təqdim edilir:
Buraxılış imtahanları:
Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda:
– 08.06.2012-ci il, saat 10:00-da 11- ci siniflər, 15:00 da 9- cu siniflər.
Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda:
– 13.06.2012 – ci il, saat 10:00-da 11-ci siniflər, 15:00 da 9 – cu siniflər.
Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab, və Beyləqanda:
18.06.2012– ci il, saat 10:00-da 11-ci siniflər, 15:00-da 9-cu siniflər.
Şəki, Zaqatala, Baləkən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda
– 24.06.2012 ci il, saat 10:00 da 11-ci siniflər, 15:00 da 9 – cu siniflər.
Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda keçiriləcəkdir:
29.06.2012 – ci il, saat 10:00-da 11-ci siniflər, 15:00-da 9 – cu siniflər
04.07.2012- eksternat qaydada və səhhəti, ailə vəziyyəti ilə bağlı Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər buraxılış imtahanı verəcəklər.
QEYD: TQDK tərəfindən iyun ayının 30-dan iyulun 3-dək 2011/2012-ci tədris ili üçün orta ümumtəhsil müəssisələrində buraxılış imtahanları ilə bağlı appelyasiya komissiyaları fəaliyyət göstərəcək.
Apelyasiya komissiyaları Bakı şəhərində TQDK-nın inzibati binasında, digər şəhər və rayonlar üzrə komissiyanın regional bölmələrində təşkil olunacaq.
1. TQDK-nın mərkəzi aparatı(Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 17).
2. TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küç., 10, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yanı);
3. TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
4.TQDK-nın Quba Regional Bölməsi (Quba ş., Fətəlixan küç., 8);
5.TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52) ;
6.TQDK-nın Şəki Regional Bölməsi (Şəki ş., M.Ə.Rəsulzadə pr., 182).
Apelyasiya komissiyalarının işi başa çatdıqdan sonra buraxılış imtahanları ilə bağlı heç bir müraciətə baxılmayacaq.
Magistraturaya qəbul imtahanının II mərhələsi – 24.06.2012
Rus bölməsi abituriyentlərinin Azərbaycan dili imtahanı – 07.07.2012
Ali məktəblərə qəbul imtahanları
III ixtisas qrupu üzrə – 14 iyul
I ixtisas qrupu üzrə – 20 iyul
IV ixtisas qrupu üzrə – 27 iyul
II ixtisas qrupu üzrə – 3 avqust
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları
III ixtisas qrupu – 18-24 iyul
I ixtisas qrupu – 24 – 30 iyul
IV ixtisas qrupu 31 iyul – 8 avqust