Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının vaxtını açıqlayıb. TQDK sədri Məleykə Abbaszadə deyib ki, III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək.