HƏDƏF QRUP
HƏDƏFİMİZ HƏDƏFİNİZƏ ÇATMAQDA SİZƏ YARDIMÇI OLMAQDIR!
HƏDƏF QRUPA daxil olan ilk şirkət – Hədəf Kursları, tanınmış pedaqoq f.ü.f.d Şəmil Sadiqin təşəbbüsü ilə Vüqar Tarquliyevlə birgə təsis edilmişdir. Hədəf kursları 2008-ci il may ayının 12-də rəsmi olaraq dövlət qeydiyyatından keçmiş və həmin gündən də öz fəaliyyətinə başlamışdır. Qısa zamanda milli təhsil brendi olaraq bir çox uğurlara imza atmışdır. Bu zaman çərçivəsində Hədəf Kursları özünün 8 filialını (Nizami, Xırdalan, Qara Qarayev, Azadlıq, Sumqayıt, Əhmədli, Əcəmi, Yasamal) açmışdır. Hazırda Hədəf Qrupa 9 şirkət daxildir: Hədəf Liseyi, Hədəf Kursları, Hədəf Nəşrləri, XAN nəşriyyatı, Kitabevim.az, Hədəf Global, Hədəf İmtahan Mərkəzi, Hədəf İdman Klubu, Hədəf Yaradıcılıq Mərkəzi. Hədəf Kurslarında təhsil alan bütün şəxslər “Hədəf Kart” əldə etməklə Hədəf Qrupa daxil olan bütün şirkətlərdən 50%-ə qədər endirim əldə etmə imkanına malikdir. Bizim məqsədimiz bütün xidmət sahələrimizdə sizlərə yüksək xidmət göstərməkdir. Yolunuzu gözləyirik…

2008
Hədəf kursları 2008-ci il may ayının 12-də rəsmi olaraq dövlət qeydiyyatından keçərək, fəaliyyətə başladı. Bu kursun yaradılmasında əsas məqsəd şagirdlərə ali məktəbə gedən yolda hədəfi müəyyənləşdirmək üçün səmərəli bilik vermək, ağıllı seçim etməyi müasir yollarla öyrətməkdir. Ulu Öndər Heydər Əlirza Oğlu Əliyevin dediyi “Təhsil millətin gələcəyidir” şüarını əldə rəhbər tutaraq, xalqımızın övladlarını maarifləndirmək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə apardığı son islahatlara dəstək olmaq üçün biz,bu proseslərdən ruhlanaraq Hədəf Kurslarını təsis etdik. Qısa müddət ərzində amalımıza nail olduq, milli təhsil brendi olaraq bir çox uğurlara imza atdıq.
2010
Hədəf Kursları 2010-cu ildən etibarən öz dərs vəsaitlərini çap etdirməyə başladı. Bu məqsədlə 2009-cu ildə Hədəf Qrupa daxil olan ilk şirkətimiz “Hədəf Nəşrləri” yaradılıb. Yarandığı ilk gündən yerli və beynəlxalq kitab sərgilərində iştirak edib. “Azərbaycan dili” dərs vəsaiti 2010-ci ildə, “Ədəbiyyat” dərs vəsaiti 2011-ci ildə “İlin Kitabı”, “Biologiya” dərs vəsaiti isə 2015-ci ildə Türkmənistan Respublikasında keçirilən müsabiqədə “İlin Dərs Vəsaiti” nominasiyasına layiq görülüb. Hədəf nəşriyyatı olaraq isə “İlin ən yaxşı nəşriyyatı” (YYSQ, 2010-cu il), “İlin ən fəal əməkdaşı” (AR Mədəniyyət və Turizm Nazirliyi, 2011-ci il) adına layiq görülüb.
2012
Kitabevim.az E-mağazası 2012-ci ildə quruldu. Bu mağaza yerli və xarici kitabların onlayn satışını həyata keçirir. Kitabevim.az saytında qeydiyyatdan keçdikdən sonra il ərzində məhsullardan e-poçt vasitəsilə dərhal xəbərdar olmaq imkanını əldə edirsiniz.
2014-cü ildə Kitabevim.az fəaliyyət sahəsini genişləndirərək ilk mağazasını – 28 May filialını açdı. Növbəti illərdə filiallarının sayını dördə çatdırdı: 28 May, Nizami, Əhmədli və Sədərək filialı.
Kitabevim.az mağazası sizə yalnız orjinal məhsullar təqdim edir. Sizlər üçün sevimli müəlliflərlə görüşmək imkanı da yaradır.
2013
XAN Nəşriyyatı fəaliyyətə başladığı ilk ildən etibarən Azərbaycanda bədii kitabların tərcüməsi və yenidən nəşri ilə məşğul olub.
Nəşriyyatın bədii əsərləri qısa bir müddət ərzində böyük oxucu kütləsi qazanıb.
Xan Nəşriyyatının Azərbaycan ədəbiyyatına ən böyük töfhəsi “Xatirə Ədəbiyyatı” silsiləsi olub. Bu silsilədə Azərbaycanın tanınmış şəxsiyyətlərinin həyatı işıqlandırılır.
2016/1
Hədəf Global şirkəti Hədəf Qrupun Xaricdə təhsil və layihələr şirkətidir. Burada xaricdə təhsil imkanlarının yaradılması, tədqiqat, təcrübə öyrənmək üçün şəraitin formalaşdırılması öhdəliyini rəhbər tuturuq. Maliyyə və akademik maneələrin azaldılması və xaricdə təhsil iştirakçıları arasında fərqlərin aradan qaldırılması qaydalarına sadiqik. Biz dünyanın dörd bir tərəfində akademik heyət ilə əməkdaşlığı həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq. Əməkdaşlıq uğurlarımızın təməlidir. Akademik həmkarlar və törəmə tərəfdaşlarla yanaşı, tələbələrin tədris həyatına inteqrasiyasını təmin edir.
2016/2
Hədəf Multimedia Mərkəzi 2016-cı ildə yaradıldı. İşçi heyəti qrafik dizayn, veb dizayn və proqramlaşdırma, səsyazma studiyası, İT sahəsində işləyən mütəxəssis, informatika müəllimləri, proqramçı, nəşriyyat işçiləri və s. üzrə ixtisaslaşıb. Mərkəz studiyası yuxarıda sadaladığımız peşəkarları bir araya toplayaraq fərdi şəxslər və korporativ müştərilər üçün xidmətlər göstərir. Eyni zamanda Hədəf Qrupa daxil olan şirkətlərin reklam strategiyasının qurulmasını həyata keçirir.