Magistraturaya qəbulun birinci mərhələsi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-ci il martın 3-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcəkdir. İmtahan Respublikanın 4 şəhərində – Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində aparılacaq.