Tanınmış yazarın yeni detektiv romanı nəşr olundu

 “Sonuncu hədiyyə”də bir qətlin açılması 20 il əvvəlki hadisəyə də işıq salır  Hədəf Nəşrlərinin “XAN” (“Xalqımız, Azərbaycanımız Naminə”) çağdaş ədəbiyyatı layihəsi çərçivəsində Müşfiq XANın “Sonuncu hədiyyə” adlı yeni detektiv romanı işıq üzü görmüşdür.  Qeyd edək ki, bu, “Tənha canavar”, “Ünvansız sevgi” və “Ümidlərin izi ilə” əsərlərindən sonra müəllifin sayca dördüncü romanıdır.