5 oktyabr-Beynəlxalq Müəllimlər günüdür
Hər il oktyabrın 5-i bütün dünyada “Müəllim günü” kimi qeyd olunur. Bugün müəllimlər peşə bayramlarını qeyd edirlər. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-ci il oktyabrın 5-də YUNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib.