Əməliyyat Sistemləri (OS)
Əməliyyat sistemləri hesablama prosesini həyata keçirən texniki vasitələrin idarə olunmasını təmin edən proqramlar toplusundan ibarətdir. Kompyuteri işə saldıqda əməliyyat sistemi başqa proqramlara əsasən əməli yaddaş qurğusuna (RAM-a) yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompyuterlərdə çox məsələli (yaddaşın və hər vaxtının bölünməsi və s.) iş rejiminin təşkilini təmin edir. […]