Hədəf Kursları 2012/2013 tədris ili üçün müəllimlərin işə qəbul imtahanı keçirdi
Öncədən xəbər verdiyimiz kimi iyunun 17-də Hədəf Kursları yeni tədris ili üçün müəllimlərin işə qəbul imtahanı keçirdi. Qeyd edək ki, işə qəbulla bağlı müraciətlər www.hedef.edu.az rəsmi səhifəsi vasitəsi ilə qeydiyyata alınmışdı. İmtahan Azərbaycan Universitetində iki növbədə, Hədəf Kurslarının Xırdalan filialında isə bir növbədə keçirildi.