Təhsil Nazirliyinin “Müəllimlərin işə qəbulu” imtahanına ödənişsiz sınaq! Yanvar 11, 2015 Bölmə: Hədəf Xəbər Təhsil Nazirliyinin “Müəllimlərin işə qəbulu” imtahanına hazırlaşmaq istəyənlər üçün Hədəf Kurslarında 8 fevral 2015-ci il tarixində ödənişsiz sınaq imtahanı keçiriləcək. İmtahan buraxılış vərəqi əldə etmək üçün 06.02.2015 tarixinə qədər filiallarımıza müraciət edə bilərsiniz. Hədəf Kurslarında fevral ayının 1-dən etibarən Təhsil Nazirliyinin “Müəllimlərin işə qəbulu” imtahanına hazırlıq dərsləri başlayacaq. İştirakçı olmaq istəyənlər filiallarımıza müraciət edə bilər. Dərslər kurikulum , məntiq və ixtisas fənni üzrə aparılır. Xatırlatmaq istəyirik ki, iştirakçılar dərs vəsaitləri ilə tam təmin olunacaq.