Hədəf Kurslarına “Müəllim qəbulu imtahanı” keçiriləcək!

muellimqebuluimtahani

Hədəf Kursları iyun ayının 11-də 2017-2018-ci tədris ili üçün Azərbaycan və Rus bölmələri üzrə müəllim qəbulu imtahanı keçirəcək. Qəbul imtahanında vakant yerlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, kimya, biologiya, coğrafiya, fizika, tarix, ingilis dili, rus dili, informatika, məntiq, rus dili və ədəbiyyatı fənlərindən olacaq. Suallar DİM-in qəbul proqramını əhatə edəcək.

 

İmtahanda iştirak etmək istəyən müəllimlər may ayının 15-dən 07 iyuna qədər filiallarımızdan imtahana buraxılış vərəqi əldə edə bilər. Qeydiyyat üçün tələb olunan sənəd şəxsiyyət vəsiqəsidir. Buraxılış vərəqi üçün xidmət haqqı 10 AZN-dir.

 

İmtahan Bakı şəhərində keçiriləcək.

 

İmtahanda iştirak etmək üçün buraxılış vərəqi və şəxsiyyət vəsiqəsini özünüzlə gətirməyi unutmayın!

 

Azərbaycan bölməsi üçün fənlərə görə  ayrılmış imtahan müddəti və sual sayı:

 

Azərbaycan dili və ədəbiyyat – 50 ixtisas, 15 kurikulum sualı – 120 dəq.

Azərbaycan dili – 25 ixtisas, 15  kurikulum sualı – 90 dəq.

Riyaziyyat – 25 ixtisas, 15 kurikulum sualı – 90 dəq.

Kimya – 25 ixtisas, 15 kurikulum sualı – 90 dəq.

Biologiya – 25 ixtisas, 15 kurikulum sualı – 90 dəq.

Coğrafiya – 25 ixtisas, 15 kurikulum sualı – 90 dəq.

Fizika – 25 ixtisas, 15 kurikulum sualı – 90 dəq.

Tarix – 25 ixtisas, 15 kurikulum sualı – 90 dəq.

İngilis dili – 25 ixtisas, 15 kurikulum sualı – 90 dəq.

Rus dili – 25 ixtisas, 15 kurikulum sualı – 90 dəq.

İnformatika – 25 ixtisas sualı – 60 dəq.

Məntiq – 25 ixtisas sualı – 60 dəq.

Kurikulum – 25 ixtisas sualı 0 60 dəq.

 

Rus bölməsi üçün fənlərə görə  ayrılmış imtahan müddəti və sual sayı:

 

Rus dili və ədəbiyyat, 50 ixtisas 15 kurikulum  sualı – 120 dəq.

Riyaziyyat, 25 ixtisas 15 kurikulum sualı – 90 dəq.

Kimya, 25 ixtisas 15 kurikulum sualı – 90 dəq.

Biologiya, 25 ixtisas 15 kurikulum sualı – 90 dəq.

Coğrafiya, 25 ixtisas 15 kurikulum sualı – 90 dəq.

Fizika, 25 ixtisas 15 kurikulum sualı – 90 dəq.

Tarix, 25 ixtisas 15 kurikulum sualı – 90 dəq.

İngilis dili, 25 ixtisas 15 kurikulum sualı – 90 dəq.

Rus dili, 25 ixtisas 15 kurikulum sualı – 90 dəq.

İnformatika – 25 ixtisas sualı – 60 dəq.

Məntiq – 25 ixtisas sualı – 60 dəq.

 

Qeyd: İmtahanda iştirak etmək üçün maksimum yaş həddi 50 yaşdır.

Hədəf Kursları Baş idarə

S.S.Axundov küç. 37  (Azadlıq metrosu yaxınlığı)

Tel: (+99412) 599 83 15

        (+99412) 594 73 38

Mob: (+99470) 324 98 50[divider]