Warning: "continue" targeting switch is equivalent to "break". Did you mean to use "continue 2"? in /home/hedefedu/wp.hedef.edu.az/wp-content/plugins/revslider/includes/operations.class.php on line 2715

Warning: "continue" targeting switch is equivalent to "break". Did you mean to use "continue 2"? in /home/hedefedu/wp.hedef.edu.az/wp-content/plugins/revslider/includes/operations.class.php on line 2719

Warning: "continue" targeting switch is equivalent to "break". Did you mean to use "continue 2"? in /home/hedefedu/wp.hedef.edu.az/wp-content/plugins/revslider/includes/output.class.php on line 3615
Mükafat fondu 6000 manat olan “HƏDƏF” BİLİK YARIŞMASI - Hədəf Kursları

Mükafat fondu 6000 manat olan “HƏDƏF” BİLİK YARIŞMASI

hedefbilikyarismasi

Hədəf Kurslarına 2017-2018-ci tədris ili üçün QƏBUL İMTAHANI 14 may 2017-ci ildə keçiriləcək “Bilik yarışması” əsasında müəyyən ediləcəkdir. Qəbul imtahanında Azərbaycan və rus bölməsinin 8-9-10-cu sinif şagirdləri iştirak edə bilər. Hədəf Kurslarının builki qəbul imtahanı üçün sualların hazırlanması prinsiplərində dəyişikliklər edilmişdir. Belə ki, :

–          8-9-cu siniflər üçün imtahan sualları yeni qaydalar əsasında Ana dili, riyaziyyat və ingilis dili fənlərindən olacaq.

–          10-ci sinif şagirdləri üçün imtahan sualları qruplar üzrə və qəbul proqramı əsasında hazırlanacaq.

Qəbul imtahanında “Lider” aşağıdakı şəkildə müəyyən ediləcək:

–          8-9-cu siniflərdə Azərbaycan və rus bölməsinin ümumilikdə hər sinif üzrə ən yüksək bal toplamış şagirdi “Sinif lideri” adlandırılacaq.

–          10-cu siniflər üzrə lider Azərbaycan və rus və bölməsi olaraq qruplar üzrə birgə müəyyənləşəcək. Hər qrupun ən yüksək bal toplayan şagirdi “Qrup Lideri” adlandırılacaq.

QALİBLƏRƏ VERİLƏCƏK MÜKAFATLAR:

I yer: 500 Azn pul mükafatı, Hədəf kurslarında birillik ödənişsiz təhsil.

II yer: 300 Azn pul mükafatı və Hədəf Kurslarında 75% güzəştli təhsil.

III yer: 200 Azn pul mükafatı və Hədəf Kurslarında 50% güzəştli təhsil.

İlk onluq: Hədəf kurslarında 30% güzəştli təhsil.

İlk yüzlük: Hədəf kurslarında 15% güzəştli təhsil.

 

* Mükafat üçün nəzərdə tutulanlar yalnız Hədəf Kurslarının filiallarında aiddir və təmsilçiliklər üçün nəzərdə tutulmayıb.

Qeydiyyat 10 may 2017 tarixinə qədər Hədəf Kurslarının bütün filiallarında aparılır.