Hədəf Kurslarının Yasamal filialında ştat heyətinin iclası keçirildi

Avqustun 25-də Hədəf Kurslarının Yasamal filialında ştat heyətinin iclası keçirilib.

İclası giriş sözü ilə Yasamal filialının direktoru Elnur İbrahimov açıb. O, ilk olaraq qonaqları salamlayaraq, iclasın gedişatı barəsində tədbir iştirakçılarına məlumat verib.

Daha sonra söz çıxış üçün Hədəf Kurslarının baş direktoru f.ü.f.d., dos. Şəmil Sadiqə verilib. Şəmil Sadiq öz növbəsində Hədəf Kurslarının 11 illik  fəaliyyəti, bu illər ərzində yaratdıqları təhsil konsepti barəsində danışıb: “Biz fəaliyyətə başlayanda çalışdıq ki, milli təhsil brendimizi yaradaq. Bu sahədə uzun illər çalışdıq. Artıq fəxrlə deyə bilərəm ki, Hədəf Kurslar milli brend kimi tam formalaşıb. Bu sahədə dövlətin sahibkarlara yaratdığı şəraiti də gözardı etməmək lazımdır. Dövlətin yaratdığı azad sahibkarlıq mühiti bizim bu yolda daha sürətlə və daha əmin addımlarla irəliləməyimizə səbəb oldu”.

Çıxışdan sonra Şəmil Sadiq ştat heyətini bir-bir təqdim edərək, tədbir iştirakçıları ilə tanış etdi. Növbəti təhsil ilində Hədəf Kurslarının iş stratejiyası barəsində məlumat verdi.

Sonda söz Hədəf Kurslarının həmtəsisçisi Vüqar Tarquliyevə verildi. O da Hədəf Kurslarının 11 illik fəaliyyəti dövründə qazandığı uğurlardan bəhs etdi: “Mənim üçün ən şərəfli peşələrdən biri məhz müəllimlikdir. Buna görə də təhsil sahəsində xidmət göstərməyimiz bizim üçün böyük stimuldur. Bununla yanaşı deyə bilərəm ki, Hədəf Kursları 11 il ərzində milli təhsil brendi olaraq öz kadrlarını yetişdirə bildi. Heç təsadüfi deyil ki, bu gün aramızda kurslarımızın şagirdləri də müəllim və digər peşələrdə çalışırlar. Həmçinin fərqli müəssisələrdə Hədəf Kurslarının kadrları ilə ratlaşanda, biz bununla fəxr edirik”.

Tədbirin sonunda xatirə şəkli çəkildi.