30.08.2013- cü il tarixində saat 1100-da “Hədəf kursları”nın Nizami filialında VIII-IX-X sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. İclas VIII-IX-X siniflər üzrə cavabdeh şəxs olaraq Allahverdiyev Anar müəllim tərəfindən başlandı və ilk olaraq, çıxış üçün söz “Hədəf kursları”nın Nizami filialının direktoru Sadıqov Emin müəllimə verildi. E. Sadıqov çıxışında kursla tanışlıq xarakterli və eyni zamanda kursdaxili imtahanlar haqqında ətraflı məlumat verdi. Anar müəllim isə öz növbəsində “KEYFİYYƏTLİ DƏRS VƏ UĞURLU NƏTİCƏ” mövzusunda çıxışını davam etdirdi. Sonra Nizami filialının XI siniflər üzrə direktor müavini Xankişiyev Məhəmməd müəllim “ŞAGİRDLƏRİN BİLİK VƏ BACARIQLARININ QİYMƏTLƏNDİRİLMƏSİ” mövzusunda çıxış etdi. İclasın sonunda Nizami filialının abuturiyentlər üzrə baş mütəxəssisi Hüseynova Ülviyyə müəllimə siniflər üzrə dərs cədvəlləri və abuturiyentlərin kurs daxilində nizam-intizam qaydalarından danışdı. Valideynlərin sualları çıxışlar bitdikdən sonra cavablandırıldı.
Saat 13 00-da isə növbəti iclas – XI siniflər üzrə abituriyentlərin valideynləri ilə görüş oldu. İclasda məsul şəxslərdən : “Hədəf kursları”nın Nizami filialının direktoru Emin Sadıqov, Nizami Filialının X sinifləri üzrə direktor müavini Anar Allahverdiyev, filialın XI sinifləri üzrə direktor müavini Məhəmməd Xankişiyev və filialının abuturiyentlər üzrə baş mütəxəssisi Ülviyyə Hüseynova iştirak edirdilər. Yığıncağa giriş sözü ilə M.Xankişiyev başladı. Məruzə üçün söz E. Sadıqova verildi. E. Sadıqov “Kursdaxili intizam qaydaları və təlimin möhkəmləndirilməsi ” mövzusunda danışdıqdan sonra valideynlərin suallarını cavablandırdı. A.Allahverdiyev “ Dərs proqramları və mövzu ardıcıllğındakı problemlər”, M. Xankişiyev “ Kurs – Abituriyent – Valideyn” mövzusunda çıxışlar etdilər, Ü. Hüseynova siniflər üzrə dərs proqramlardan, dərs ili boyunca abituriyentlərin kursdaxili və ictimai funksiyasından haqqında valideynlərə məlumat verdi. Çıxışlar arası fasilələrdə və toplantıdan sonra valideynləri maraqlandıran suallara cavab verildi.