
“Hədəf” kurslarının Əcəmi filialında Xocalı faciəsi anılıb.
Əvvəlcə çıxış edən Əcəmi filialının müdiri Zaur Mustafayev şagirdlərə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni birləşmiş qüvvəlləri tərəfindən Xocalıda günahsız dinc əhaliyə qarşı törədilmiş soyqırım haqqında şagirdlərə geniş məlumat verib.
Daha sonra çıxış edən direktor müavini Ceyhun müəllim şagirdlərə Xocalı soqırımı haqqında məlumat verərək bildirib ki, həmin gecə xalqımıza qarşı həyata keçirilən soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Sonda Xocalıya aid film nümayiş olunub.




