
21 apreldə Hədəf Kurslarında Təqaüd-Güzəşt imtahanı keçirildi.
Hədəf İmtahan Mərkəzindən verilən məlumata görə imtahanda ümumilikdə 5 minə yaxın şagird iştirak edib.
İmtahan ənənəvi qəbul qaydaları əsasında keçirilib.
Qeyd edək ki, imtahanda yüksək nəticə göstərmiş 56 şagird kursun təqaüdünü alacaq və güzəştlərdən yararlana biləcək.











