Aprel ayının 29-da Hədəf Kursları 2012-2013 tədris ili üçün Kursa Qəbul imtahanı keçirdi. İmtahan 4 imtahan mərkəzində – Nizami, Neftçilər, Azadlıq və Xırdalan filialları baş tutdu. Xatırladaq ki, bu kursun fəaliyyətində beşinci qəbul imtahanıdır. Səhər saat 10-da başlayan imtahana Bakı, Abşeron və Sumqayıt məktəbləri üzrə ümumilikdə 5 mindən çox şagird qatıldı.

8, 9 və 10-cu sinif şagirdlərinə ünvanlanan imtahan TQDK-nın ixtisas qrupları üzrə həm Azərbaycan, həm də rus bölmələrində aparıldı. Sual kitabçalarında şagirdlərə təqdim olunan testlər yeni qəbul qaydalarına uyğun, yəni ki, qrup üzrə 2 fəndən açıq tipli test tapşırıqları formatında olmuşdur.
İmtahanda iştirak edən şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan nəticələri aşağıda göstərilən tarixlərdə elan olunacaq:
7 may–III qrup;
8 may–II qrup;
9 may–I qrup;
10 may–IV qrup
İmtahan nəticələri telefonla deyilməyəcək və məktəblərə göndərilməyəcək. İmtahan verən şagird nəticələri göstərilən tarixlərdə qeydiyyat olunduğu filialdan almalıdır.
Güzəştlərimiz
1-ci yer 100%;
2-ci yer 75%;
3-cü yer 50%;
4-10-cu yerlər 25%;
11-100-cü yerlər 10%.
İmtahan nəticələrinə görə qrup üzrə I yeri tutan şagirdin ödənişsiz təhsil alması üçün minimum balı 500 olmalıdır. Bundan əlavə iyun ayının 15-nə qədər qeydiyyatdan keçən bütün şagirdlərlərə ödənişində 10% güzəşt olunacaqdır. Bu şagirdlər iyun ayında keçiriləcək pulsuz nümunə dərslərdə iştirak etmək hüququ qazanacaqdır. İyun ayının 15-nə qədər qeydiyyatdan keçməyən şagirdlərin güzəştləri ləğv ediləcəkdir.