Hədəf Kurslarına 2017-2018-ci tədris ili üçün QƏBUL İMTAHANI 14 may 2017-ci ildə keçiriləcək “Bilik yarışması” əsasında müəyyən ediləcəkdir. Qəbul imtahanında Azərbaycan və rus bölməsinin 8-9-10-cu sinif şagirdləri iştirak edir. Hədəf Kurslarının builki qəbul imtahanı üçün sualların hazırlanması prinsiplərində dəyişikliklər edilmişdir. Belə ki, :
– 8-9-cu siniflər üçün imtahan sualları yeni qaydalar əsasında Ana dili və riyaziyyat fənlərindən hazırlanmışdır.
– 10-ci sinif şagirdləri üçün imtahan sualları qruplar üzrə və qəbul proqramı əsasında hazırlanmışdır.
Qəbul imtahanında “Lider” aşağıdakı şəkildə müəyyən ediləcək:
– 8-9-cu siniflərdə Azərbaycan və rus bölməsinin ümumilikdə hər sinif üzrə ən yüksək bal toplamış şagirdi “Sinif lideri” adlandırılacaq.
– 10-cu siniflər üzrə lider Azərbaycan və rus və bölməsi olaraq qruplar üzrə birgə müəyyənləşəcək. Hər qrupun ən yüksək bal toplayan şagirdi “Qrup Lideri” adlandırılacaq.
– Lider olmuş şagirddən sonra ardıcıl şəkildə az toplayan şagirdlər isə müvafiq olaraq II, III və digər yerlərin qalibi hesab edilirlər.
– Eyni balı toplamış şagirdlər arasında Qalibin müəyyənləşməsi aşağıdakı şərtlər əsasında təyin edilir:
Düz cavabların sayının çoxluğu
Səhv cavabların sayının azlığı
İxtisas qrupunun əsas fənlərində nəticənin faizlə daha çoxluğu
Bu şərtlərdə üstün olan şagird eyni bal toplayan digər şagirdlə müqayisədə qalib hesab olunur. Bu şərtlər iki və daha artıq şagirddə üst-üstə düşərsə, Qaliblərin sayı şagirdlərin sayı ilə eyni olur. Bu halda nəzərdə tutulmuş güzəşt şagirdlərin hər birinə aid edilir və tam olmaqla, mükafat tərəflər arasında yarı şəkildə bölüşdürlür.