HƏDƏF KURSLARI MMC VƏ HEDEF GLOBAL MƏKTƏBLİLƏRİN YAY TƏTİLİNİ SƏMƏRƏLİ KEÇİRMƏSİ ÜÇÜN 3 “YAY MƏKTƏBİ” LAYİHƏSİ TƏQDİM EDİR.
İlk olaraq Hədəf Globalın London şəhərinə təşkil etdiyi yay məktəbini təqdim edirik.Layihə 2 həftə müddətində keçirilir.
Proqrama daxildir:
-İyul ayında
– 2 həftə ingilis dili dərsləri
– Qalacaq yer
– Həftəsonu gəzintisi
– Yemək
– Gediş-dönüş bileti
– Kurs vaxti komandamız tərəfindən nəzarət
– Qiyməti – 3500 AZN-dir
Hədəf Globalın ikinci təklifi Azərbaycanın gözəl güşələrindən Quba şəhərində təşkil olunan “Yay nağılı” adlı yay məktəbidir.
– Layihə 10-16 yaşlı şagirdlərin yay tətilini əylənərək ingilis dili öyrənməsinə xidmət edir.Dərslər Avropadan dəvət olunmuş mütəxxəssislər tərəfindən keçilir.
– Müddət : 2-16 iyun
-Gündəlik yemək və qalacaq yerlə təmin edilir.
– Düşərgədə yalnız ingilis dilindən istifadə olunur.
– Şagirdlərə gündəlik işlərdə ingilis dili könüllülər nəzarət edəcək
– Qiymət – 650 AZN-dir
Digər bir layihəmiz isə Hədəf Kurslarının təşkil etdiyi “Öyrənərək əylənin!” adlı yay məktəbidir.
Layihənin məqsədi V-VIII siniflərin yay tətili günlərində həm istirahətlərini düzgün qurmaq, həm də orta məktəb biliklərini möhkəmləndirməkdir.Layihə Hədəf Kurslarını bütün filiallarında keçiriləcək.
– Tədris müddəti 1 aydır (iyul və ya avqust ayları)
– Bir gün ərzində 4 saat dərs aparılır.
-Layihə müddətində tədris olunan fənlər:
•Riyaziyyat – 12 saat
•Oxuyub, anlama – 8 saat
•Məntiq – 8 saat
•İngilis dili – 10 saat
•Əyləncəli Fizika – 4 saat
•Robot texnologiyası – 8 saat
•Kompüter proqramları – 10 saat
•Sürətli oxuma və yaddaşın idarə olunması – 8 saat
•Milli-mənəvi dəyərlər – 6 saat
•Davranış qaydaları – 6 saat
•İntellektual oyunlar
•Bilik yarışmaları
•Əyləncəli proqramlar
•Teatr səhnələri
•Həftədə 1 dəfə oxu günü – bədii əsər
•Həftədə 1 dəfə film günü
•Ölkənin müxtəlif bölgələrinə turlar
•Sonuncu dərs həftəsi təbiət qoynunda keçiriləcək.
