33635773_1892458967441029_8356382310622298112_n
27 may 2018-ci ildə Hədəf Kurslarına şagird qəbul imtahanı keçirildi

Qəbul imtahanı 8-9-10-cu siniflər olmaqla Azərbaycan və rus bölmələri üzrə aparıldı. İmtahan Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərlərini əhatə edirdi. Bu ilki qəbul imtahanında iştirakçıların sayı əvvəlki illərdən daha çox olması ilə diqqəti cəlb etdi. İmtahan prosesi 5 müxtəlif universitet binası, 2 orta məktəb və Hədəf Kurslarının 6 filial binasında baş tutdu. İmtahanın nəticələri […]

Picture5
Hədəf Kurslarında yüksək bal toplamış şagirdlər ilə görüş keçirilib

Hədəf Kurslarında yüksək bal toplamış şagirdlər ilə görüş keçirilib. Görüşdə Hədəf kurslarının idarə heyəti, filial müdirləri, yüksək bal toplayan şagirdlərin müəllimləri və şagirdlər iştirak edib. IV ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi ali məktəblərə qəbul imtahanında maksimum nəticə göstərmiş Rəna Əliyeva təhsil aldığı “Hədəf” Şirkətlər Qrupu tərəfindən 1000 manatla mükafatlandırılıb. Dünən ad gününü […]

IMG_0337
Hədəf Kurslarının daha bir uğuru Respublikaya səs saldı

Mayın 20-si 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi. Hədəf Kursları Nizami filialının şagirdi Rəna Əliyeva 700 bal toplayaraq IV qrup üzrə maksimum nəticə göstərdi. Rəna Əliyeva artıq iki ildir ki, Hədəf Kurslarının şagirdidir. Kursun təşkil etdiyi bütün sınaq […]

lisey 10 xeber
Hədəf STEM Liseyindən 10-cu sinif şagirdlərinə xüsusi güzəşt fürsəti

Hədəf STEM Liseyi yeni tədris ilində Azərbaycan və Rus bölmələrində təhsil alacaq 10-cu sinif şagirdləri üçün xüsusi güzəşt fürsəti təqdim edir. İyul ayının 1-ə qədər qeydiyyatdan keçən şagirdlərə təhsil haqqından 30% güzəşt ediləcək. Güzəştli qiymətə daxildir: 10 nəfərlik siniflər; Gündə iki dəfə yemək; Həftəlik 55 saat dərs; Yerli və xarici universitetlərə hazırlıq üçün nəzərdə tutulmuş […]

muellim10 iyun
“HƏDƏF KURSLARI” MÜƏLLİM QƏBULU ÜZRƏ VAKANSİYA ELAN EDİR

Hörmətli müəllimlər! Artıq 10 ildir ki, fəaliyyət göstərən “Hədəf Kursları” öz peşəkar müəllim heyəti ilə daim seçilmişdir.  “Hədəf Kursları”  bu il də hər il olduğu kimi müəllim qəbulu üzrə vakansiya elan edir. İyun ayının 10-da 2018-2019-cu tədris ili üçün Azərbaycan və Rus bölmələri üzrə müəllim qəbulu imtahanı keçirilməsi nəzərdə tutulmuşdur. Suallar  DİM-in və Təhsil Nazirliyinin […]

gunluk paylasim4
9 filial ilə xidmətinizdə

Hədəf Şirkətlər Qrupuna daxil olan Hədəf Kursları 12 may 2008-ci ildə rəsmi olaraq dövlət qeydiyyatından keçib, elə həmin günlərdə fəaliyyətə başlayıb. Bu kursun yaradılmasında əsas məqsəd şagirdlərə ali məktəbə gedən yolda hədəfi müəyyənləşdirmək üçün səmərəli bilik vermək, ağıllı seçim etməyi müasir yollarla öyrətməkdi. Təsisçiləri – tanınmış pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq və Vüqar […]

İnteraktiv Elm Muzeyi açıldı

5 may tarixində Hədəf STEM Liseyinin nəzdində fəaliyyət göstərən İnteraktiv Elm Muzeyinin açılışı olub. Liseyin rəhbərliyindən aldığımız məlumata görə, girişi sərbəst olan açılış mərasimində millət vəkilləri, o cümlədən deputat Ülviyyə Ağayeva, müxtəlif qurumların nümayəndələri, təhsil müəssisələrindən müəllim-şagird heyətləri iştirak edib. Muzeyin qurucusu və interaktiv təcrübələrin ideya müəllifi, həmçinin muzeyin nəzdində fəaliyyət göstərəcək elmi klubun rəhbəri […]