Hədəf Nəşrləri “TODO və LEON” uşaq futbol klubunun qonağı oldu
Hədəf Nəşrləri Tofiq Bəhramov adına Respublika stadionunda “TODO və LEON” uşaq futbol klubu ilə görüşüb. Görüşdə uşaqlara məktəbəqədər və ibtidai sinif şagirdləri üçün müxtəlif vəsaitlər və nağıl kitabları hədiyyə olunub.
Azadlıq filialında TOEFL, IELTS və CRE dərslərinə start verilir
Əgər siz Amerika, Avropa və Türkiyədə bakalavr, magistratura və doktoranturada təhsil almaq istəyirsinizsə, bizə müraciət edin.
Müstəqilliyimizin 21-ci ildönümü sərgi-yarmarkada qeyd olundu
Dövlət Müstəqilliyimizin 21-ci ildönümü münasibətilə bu gün “Milli müstəqillik günü” nə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı kitab sərgi-yarmarkası təşkil olunub.Filarmoniya bağında keçirilən sərgini Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi təşkil edib.
Bir yaşlı Azadlıq
Hədəf Kursları Azadlıq filialında 13 oktyabr 2012-ci il tarixdə filialın 1 yaşı tamam olması münasibətilə tədbir keçirilmişdir.
Hədəf Nəşrləri “İNCİ” uşaq ədəbiyyatı silsiləsini çap etdirdi
Hədəf nəşrləri “İNCİ” uşaq ədəbiyyatı silsiləsini çapdan buraxıb. “İNCİ” seriyası adı altında bir-birindən maraqlı, məktəbəqədər hazırlıq üçün vəsaitlər, nağıllar kitabları, hekayələr kitabları, İQ kitabları və s. nəfis tərtibatla Hədəf Nəşrləri tərəfindən işlənib hazırlanaraq uşaqların istifadəsinə verilib. Layihə rəhbəri Hədəf Nəşrlərinin direktoru, yazıçı Müşfiq Xan, layihə müəllifi isə f.e.ü.f.d., dos. Şəmil Sadiqdir.
Texnikumlara hazırlaşanların nəzərinə
Hədəf kurslarında texnikuma hazırlaşan şagirdlərin qeydiyyatı davam edir. Noyabr ayının 1-dən etibarən bütün filiallarda dərslər başlayır. Qeyd edək ki, bu qruplar əsas təhsil bazası üzrə (9 illik, şəhadətnamə ilə) qəbul olunur. Kursa qəbul kursdaxili imtahanlarla aparılır.
Hədəf Kurslarında magistraturaya hazırlıq üzrə qeydiyyat davam edir
Hədəf Kurslarının Neftçilər, Nizami, Xırdalan, Azadlıq filiallarında magistraturaya hazırlaşan bakalavrlar üçün qeydiyyat davam edir. Azadlıq filialında rus bölməsi də fəaliyyət göstərir.
5 oktyabr-Beynəlxalq Müəllimlər günüdür
Hər il oktyabrın 5-i bütün dünyada “Müəllim günü” kimi qeyd olunur. Bugün müəllimlər peşə bayramlarını qeyd edirlər. Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-ci il oktyabrın 5-də YUNESCO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib.