Hazırda Ölkəmiz özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirir, məzmun və struktur dəyişiklikləri aparır. İnsanın həyati bacarıqlara malik bir şəxsiyyət kimi formalaşması istiqamətində səmərəli fəaliyyət göstərir. Azərbaycanda təhsil sahəsində islahatlar məhz bu məntiqə uyğun olaraq pillə-pillə aparılır. Bu prosesə dəstək vermək məqsədi ilə “Hədəf nəşrləri” tərəfindən davamlı olaraq müxtəlif təhsil pillələri üzrə əlavə tədris vəsaitləri çap olunur. 1-4-cü siniflər üçün nəzərdə tutulan “YAY TƏTİLİ TAPŞIRIQLARI” kitabları da bu baxımdan çox faydalı hesab oluna bilər. Nəfis şəkildə çap olunan bu kitab müəllimlərin,valideyn və şagirdlərin böyük marağına səbəb olub. Ümumtəhsil məktəblərinin fənn kuriklumları əsasında hazırlanan kitablarda verilən çalışmalar şagirdlərin təfəkkürürnü,yaddaşını, diqqətini, yaradıcı təxəyülünü,analiz və sintezetmə bacarıqlarını inkişaf etdirir.Şagirdlərin ümumi dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir.
